Zelenski: “ABŞ Ukraynaya müdafiə sistemləri verə bilər”
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə resurs razılaşması çərçivəsində Kiyevin hava hücumundan müdafiə sistemləri ala biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Zelenski ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə etdiklərini deyib:
“Mən ona ehtiyac duyduğumuz sistemlərin miqdarını dedim. O isə cavab verdi ki, bu istiqamətdə çalışacaqlar. Bu, pulsuz başa gəlmir, amma biz hazırıq”.
Zelenski, həmçinin, ABŞ və Ukrayna arasında planlaşdırılan investisiya razılaşmasının Kiyevə Amerika silahlarına çıxış imkanı yaradacağına ümid etdiyini bildirib.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Zelenksi,Tramp,todaypress.az,