Zelenski: “ABŞ-nin dəstəyi olmasa, ərazilərimizi itirə bilərik”

Dünya

05.02.2025 11:40

Ukrayna Prezidenti Volodimir Zelenski böyük britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə ABŞ-nin dəstəyi olmasa, ölkəsinin bəzi əraziləri itirə biləcəyini qeyd edib.

TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.

“ABŞ-nin dəstəyi olmasa və ya bu dəstək gecikərsə, bəzi ərazilərimizi itirə bilərik” deyə Zelenski bildirib.

O, həmçinin ABŞ-nin Ukraynaya ayırdığı maliyyə yardımı məsələsinə toxunaraq, Kiyevin yüz milyardlarla dollar aldığına dair iddiaları rədd edib və silah tədarükünün əsasən köhnə texnikadan ibarət olduğunu bildirib.

Eyni müsahibədə Zelenski Ukraynanın itirdiyi əraziləri qaytara bilməyəcəyini etiraf edib.

Ukraynadakı prezident seçkilərinə toxunan Zelenski, ölkədə davam edən müharibə şəraitində seçki keçirilməyəcəyini bir daha təsdiqləyib. Onun sözlərinə görə, bunun üçün qanunvericiliyin və Konstitusiyanın dəyişdirilməsi tələb olunur.

Qiymət Mahir

tag: Zelenski,Ukrayna,ABŞ,todaypress.az,