Zelenski ABŞ-dən daha çox silah istədi

Dünya

23.09.2024 12:10

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Pensilvaniya ştatının Skranton şəhərində Ukrayna Silahlı Qüvvələri üçün sursat istehsal edən zavodu ziyarət edib. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

"Təşəkkür edirəm və bizim indi daha çox şeyə ehtiyacımız var" deyə Ukrayna lideri bildirib.

Agentliyin məlumatına görə, Zelenskinin səfəri zamanı zavodun ətrafı mühasirəyə alınıb və çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə olub.   

Qeyd edək ki, Zelenski BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka səfər edib. 

Günəş Mərd

tag: Ukrayna, Zelenski, BMT ,Nyu-York, ABŞ ,todaypress.az,