Zelenski ABŞ-dən aldığı yardımın ümumi məbləğini açıqladı
"Ukrayna ABŞ-dən 105 milyard dollarlıq silah və yardım alıb"
TodayPress xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib.
"Mənim ölkəm nə qədər yardım edildiyini açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar aldıq. Bunun da böyük hissəsi silah şəklində olub".
Prezident maliyyə yardımının silaha xərcləndiyini vurğulayıb: “Onlardan döyüş meydanında istifadə olunub”.
O, silahların bir hissəsinin başqa yerə göndərilməsi ilə bağlı mediada yayılan xəbərləri də təkzib edib.
tag: Ukrayna, Zelenski, Rusiya, ABŞ, todaypress.az,