Zelenski 35 milyardın nəyə xərclənəcəyini açıqladı
Dünya
20.09.2024 16:18
Avropa Komissiyasının Ukraynaya ayırdığı 35 milyard avro kredit (39,05 milyard dollar) ilk növbədə Ukraynanın enerji sektoruna və müdafiə sahəsinə xərclənəcək.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyenlə birgə brifinqdə bildirib.
"Biz bu 35 milyardı ilk növbədə enerjiyə, müdafiəyə xərcləyəcəyik. Həmçinin məktəblərdə, uşaq bağçalarında və universitetlərdə uşaqlar üçün bomba sığınacaqlarının yaradılmasına sərf edəcəyik" deyə Zelenski bildirib.
Onun sözlərinə görə, vəsaitin bir hissəsi xüsusilə yerli silah istehsalına yönəldiləcək.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Ley Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü çərçivəsində AK-nın Ukraynaya 35 milyard avro kredit verəcəyini bəyan edib. Kiyev onu G7 öhdəlikləri çərçivəsində alacaq.
Günəş Mərd
tag: Zelenski, Yardım, Ursula Fon Der Ley, Ukrayna ,AK,Kiyev, todaypress.az,