Zelenski 25 yaşdan yuxarı ukraynalıların səfərbərliyini yetərli saymır
Dünya
28.01.2025 07:45
Ukrayna Prezidenti Volodimir Zelenski
cəbhənin ehtiyaclarını təmin etmək üçün 25 yaşdan yuxarı şəxslərin
səfərbərliyinin yetərli olmadığını açıqlayıb.
TodayPress xəbər verir ki, o bu barədə “Il Foglio”
qəzetinə müsahibəsində bildirib.
“Qanunvericiliyə əsasən, hazırda 25 yaşdan yuxarı
insanlar səfərbərliyə alınır. Bu proses davam edir və bu yaşda yetərincə çox
insan cəlb olunur. Onların rotasiyaları və məzuniyyətləri var, lakin şübhəsiz
ki, bu kifayət deyil” o qeyd edib.
Cəbhədəki rotasiyalar kontekstində Ukrayna lideri
hərbçilərin belə bir tələbinin olduğunu etiraf edib, lakin hərbi vəziyyət
şəraitində Ukrayna bütün mövcud resursları səfərbər edir.
“Əgər sabah, məsələn, ordunun yarısı evə getsə, onda
birinci gün təslim olmaq lazım olacaq”Zelenski vurğulayıb.
Qeyd edək ki, son vaxtlar Ukraynada səfərbərlik yaşının
18-ə endirilməsi mövzusu daha tez-tez qaldırılır. Əvvəlki Amerika
administrasiyasında dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə
köməkçisi vəzifələrini tutan Entoni Blinken və Ceyk Sallivan səfərbərlik
yaşının azaldılmasının zəruriliyini bəyan ediblər. Oxşar bəyanatları artıq
ABŞ-nin yeni prezidenti Donald Trampın komandasında da səsləndirirlər.
tag: Zelenski,UKrayna, Cəbhə, Ordu, Səfərbərlik, todaypress.az,