Zaxarova Zelenskinin sülh planını şərh etdi

Dünya

15.09.2024 12:34

“Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ lideri Co Baydenə təqdim etmək niyyətində olduğu sülh planını müzakirə etməyin mənası yoxdur, çünki hər şey Vaşinqtonun iradəsindən asılıdır”. 

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “TASS” agentliyinə Ukrayna dövlət başçısının sülh təşəbbüsünü şərh edərkən bildirib.

“Ukrayna öz subyektivliyini itirib: çünki bütün qərarlar onlar üçün Vaşinqton və Londonda verilir” diplomat deyib.

O, əlavə edib ki, Ukrayna lideri  təkbaşına qərar qəbul edə bilmir. 

Günəş Mərd 

tag: Ukrayna,Rusiya,Zaxarova,ABŞ,Sülh planı,Todaypress.az,