Zaxarova Zelenskinin bu təklifini saxtakarlıq adlandırdı
"Rusiya
Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh
sammitində iştirak etməyəcək".
TodayPress xəbər verir ki, bu barədə
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
"Telegram" kanalında bildirib.
"“Vaxtı
keçmiş” Zelenskinin bəyanatları xəyalpərəstlikdən uzaqlaşmaq cəhdidir. Rusiya
nümayəndələri “Bürgenstok prosesi” çərçivəsində heç bir görüşdə iştirak
etməyiblər və iştirak etmək niyyətində deyillər” Zaxarova vurğulayıb.
Onun sözlərinə
görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur və
“anqlo-saksonların və onların ukraynalı marionetlərinin saxtakarlığıdır”.
"İkinci
sammit də eyni məqsəd güdür - münaqişənin həlli üçün alternativsiz əsas kimi
tamamilə qeyri-mümkün “Zelenski formulu”nu irəli sürmək, dünya əksəriyyətinin
dəstəyinə nail olmaq və onun adından Rusiyanı təqdim etmək və s." Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib .
tag: Zaxarova, Rusiya, Ukrayna, Zelenski, todaypress.az,