Zaxarova Trampa edilən hücumu şərh etdi

Dünya

14.07.2024 11:41

“ABŞ Kiyevi maliyyələşdirmək əvəzinə, ölkə daxilində öz təhlükəsizliyinə pul yatırmalıdır”.

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilən sui-qəsd cəhdini şərh edərkən bildirib. 

 O, ABŞ-də silah tədarükünün tərəfdarı olan hər kəsə müraciət edib. 

"Bəlkə bu puldan Amerika polisini və Birləşmiş Ştatlarda asayişi təmin edən digər xidmətləri maliyyələşdirmək üçün istifadə etmək daha yaxşı olardı?" deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı Donald Tramp naməlum şəxs tərəfindən güllələnib. Siyasətçini qulağı qanlı halda səhnədən çıxarıblar. Siyasətçi hazırda xəstəxanada müayinədən keçir. Respublikaçı konqresmenlər isə Trampa qarşı sui-qəsdin onun noyabr seçkilərinin nəticələrindən sonra Ağ Evə qayıtmaq şansını artırdığını düşünürlər.


Günəş Mərd

tag: Zaxarova, Rusiya,ABŞ,Trmap,seçki,todaypress.az,