Zaxarova Rusiyanın qısa və orta mənzilli raketlərindən danışdı
Dünya
27.11.2024 19:53
"Hazırda Rusiyanın əlində Ukraynanın nüvə silahı əldə etmək niyyətini təsdiqləyən faktlar yoxdur".
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Zaxarova, həmçinin çıxışı zamanı Rusiya raketlərinin Asiyada yerləşdirilməsi məsələsini də şərh edib. Onun sözlərinə görə, Rusiyanın qısa və orta mənzilli raketləri necə və harada yerləşdirə biləcəyi barədə təfərrüatlı fərziyyələrə ehtiyac yoxdur.
“Strategiya və taktika ölkəmizin prezidenti və xarici işlər nazirinin müavininin müvafiq bəyanatlarında əsaslandırılıb” deyə diplomat bildirib.
Zaxarova vurğulayıb ki, Moskva ABŞ-yə və onun “peyklərinə” aydın hərbi-siyasi siqnal göndərib.
Töhfə Səməd
tag: Zaxarova,Rusiya,Ukrayna,Raket,ABŞ,todaypress.az,