Zaxarova: Rusiya Ukrayna ilə məhbus mübadiləsini müzakirə etməyə hazırdır

Dünya

28.11.2024 06:52

Rusiya Ukrayna ilə təkbətək əsasda 630 hərbi əsir dəyişdirməyə və bundan əlavə mübadilələr barədə danışmağa hazırdır.

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

"Biz konstruktiv dialoqa sadiqik, əsirlərimizi mümkün qədər tez geri qaytarmaq niyyətindəyik. Hazırda 630 hərbçini dəyişdirməyə və gələcək mübadilələr üçün zəmin yaratmağa hazırıq" o qeyd edib.

Zaxarovanın sözlərinə görə, bu hərbçilər Rusiya Müdafiə Nazirliyinin əvvəllər mübadilə üçün təklif etdiyi 935 hərbi əsir siyahısına daxil edilib, lakin Kiyev heç bir səbəb göstərmədən sövdələşmədən imtina edib.

Aynur TAC

 

tag: Zaxarova, Rusiya, Ukrayna, XIN, Hərbi Əsir, todaypress.az,