Zaxarova: "Rusiya Hindistan-Pakistan gərginliyindən narahatdır"
Rusiya, Hindistan və Pakistan arasında gərginliyin artmasından narahat olduğunu bildirib.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, aprelin 22-də Hindistanın Pahalqam bölgəsində baş vermiş terror aktından sonra iki ölkə arasında münasibətlərdə gərginlik artıb.
Zaxarova vurğulayıb ki, Rusiya həm Hindistanın, həm də Pakistanın dostudur və onların fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etməsini dəstəkləyir.
Türkan İsgəndərli
tag: Rusiya,Hindistan,Pakistan,Zaxarova,todaypress.az,