Zaxarova qonşu ölkə barədə: “Sizi dövlət edən Lenin olub”

Dünya

10.01.2025 12:40

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Finlandiyanın keçmiş prezidenti Sauli Ninistö tərəfindən açıqlanan rəsmi hesabatında keçmiş SSRİ-nin rəhbəri Vladimir Lenindən gətirilən sitatın saxta olduğunu bildirib.

TodayPress xəbər verir ki, o, belə halların Aİ üçün də adi hal olduğunu deyib:

“Hesabatın ön sözündə Ninistö Vladimir Lenindən sitat gətirib: “Yeri süngü ilə hiss et: palçığa dəysə, davam et, poladla rastlaşsan, dayan”.

Rusiyalı diplomat qeyd edib ki, Lenin bu ifadəni heç vaxt dilə gətirməyib və yazmayıb. Zaxarovanın sözlərinə görə, Finlandiyanın keçmiş prezidenti dəfələrlə saxtakarlığa əl atıb.

“Məsələn, 2014-cü ildə özündən belə bir “rus atalar sözü” icad eləmişdi: kazak ətrafda gördüyü hər şeyi götürür. Söz yox ki, belə bir atalar sözü yoxdur”.

Rusiya rəsmisi əlavə edib ki, Finlandiya 1917-ci ilin sonunda ona verilən müstəqilliyə görə Sovet Rusiyası Xalq Komissarları Sovetinin sədrinə (Lenin) minnətdar olmalıdır.

tag: Zaxarova, Sovet ,Komissar, Rus ,todaypress.az,