Zaxarova “Paris-2024”ün acınacaqlı nəticələrindən danışdı

Dünya

17.08.2024 15:10

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxın kişi və qadınların şəxsiyyətini müəyyən etmək üçün yaxşı elmi sistemin olmadığını bildirən bəyanatını şərh edib. 

TodayPress xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında yazıb. 

“Dünyada yalnız iki cins var - kişi və qadın. Nəticədə kişi və qadın idman növləri var. Olimpiya Oyunlarına “yeni inklüzivlik” gətirmək cəhdləri acınacaqlı nəticəyə gətirib çıxardı” deyə Zaxarova qeyd edib.

Günəş Mərd

tag: Rusiya, Xarici İşlər Nazirliyi, Mariya Zaxarova,Beynəlxalq Olimpiya Komitəsi, Tomas Bax, todaypress.az,