Zaxarova Moskvadan Nyu-Yorka və Vaşinqtona uçan xüsusi təyyarə reysindən danışdı

Dünya

30.12.2024 14:30

"Rusiyadan Amerika Birləşmiş Ştatlarına xüsusi təyyarənin uçuşu diplomatların rotasiyası ilə bağlıdır".

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Diplomatların növbəti rotasiyasıdır" deyə mətbuatda Rusiyadan yüksək səviyyəli məmurun ABŞ-yə getməsi ehtimalı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qeyd edək ki, “Rossiya” xüsusi uçuş bölməsinə məxsus RA-96023 nömrəli İl-96-300 dekabrın 26-da Nyu-Yorka uçub, sonra isə Vaşinqtona istiqamət alıb.

"FlightRadar24"ın məlumatlarına görə, dekabrın 28-də təyyarə Rusiyaya qayıdıb.

Xatırladaq ki, “Rossiya” xüsusi uçuş bölməsinə məxsus təyyarələr Rusiyanın dövlət başçısı başda olmaqla yüksək səviyyəli məmurlarını daşıyır.

tag: Rusiya,ABŞ,XİN,Diplomat,FlightRadar24,todaypress.az,