Zaxarova: “Kiyevin Ramenskiyə hücumunun arxasında Qərb dayanır”
Dünya
11.09.2024 17:31
“Kiyevin Ramenskiyə hücumunun arxasında ABŞ və Böyük Britaniya dayanır”.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat vurğulayıb ki, Qərbin hakimiyyət və xüsusi xidmət orqanlarının müxalif qüvvələri Rusiyada daxili siyasi sabitliyi pozmağa sövq etsələr də, onların bu cəhdləri uğursuzluğa məhkumdur.
“Rusiya Vaşinqton, London və onların bütün tərəfdaşlarının bu cür fəaliyyətinin əsas məqsədlərini tam dərk edir. Biz bütün bunların nəticəsində daha çox güclənir və birləşirik” deyə Zaxarova bildirib.
Töhfə Səməd
tag: Kiyev, Ramenski, Hücum, ABŞ ,Böyük Britaniya ,Qərb ,Zaxarova, todaypress.az,