Zaxarova Kiyevin Quterreşin Kazana gəlişinə reaksiyasını isterik adlandırdı
“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Kazanda keçiriləcək BRICS sammitinə gəlməsi Ukrayna rəhbərliyi arasında isteriya səbəbidir”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Ukrayna hakimiyyətinin qınayan reaksiyası Zaxarovanı qəzəbləndirib. Onun sözlərinə görə, Quterreş fürsətdən istifadə edərək sammitdə iştirak edib.
“O, oxşar tədbirlərdə tez-tez iştirak edir. Müvafiq olaraq, Kiyev üçün bu, isteriya səbəbidir” deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Töhfə Səməd
tag: Zaxarova, Rusiya, BRICS, Quterreş, Sammit, todaypress.az,