Zaxarova Kaja Kallası anti-diplomat adlandırdı

Dünya

18.12.2024 13:10

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallası Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı sözlərinə görə anti-diplomat adlandırıb. 

TodayPress xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“O, baş diplomat deyil, baş anti-diplomatdır. O, anti-diplomat Borrellin mirascısıdır. Bütün bunlar onların şəxsi mövqeyinə o qədər də dəlalət etmir. Bu, sadəcə olaraq, Aİ-ni NATO-nun iqtisadi şöbəsinə çevirir, yarandığı gündən bu qurumda təkcə aqressiv ritorika deyil, həm də ideologiya üstünlük təşkil edir” deyə Zaxarova bildirib.

Töhfə Səməd

tag: Rusiya, Aİ, Siyasət, Zaxarova, Kallas ,todaypress.az,