Zaxarova: "İstanbul danışıqları müvəqqəti təxirə salınıb"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqları Türkiyə tərəfinin təşəbbüsü ilə günün ikinci yarısına təxirə salınıb.
TodayPress xəbər verir ki, dəqiq səbəb açıqlanmasa da, bu dəyişiklik Ankara tərəfindən irəli sürülüb.
"Nümayəndə heyətimiz İstanbuldadır, tərkibi məlumdur, Kremlin resurslarında müvafiq məlumat dərc olunub. Türkiyənin təşəbbüsü ilə danışıqlar günün ikinci yarısına qədər təxirə salınıb" deyə diplomat qeyd edib.
Töhfə Səməd
tag: Rusiya ,XİN,Mariya Zaxarova,Ukrayna ,Türkiyə,todaypress.az,