Zaxarova Fransanın müstəmləkə siyasətindən danışdı

Dünya

29.06.2024 14:05

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Fransanın müstəmləkə siyasətindən danışıb.

TodayPress xəbər verir ki, Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.

Rusiya XİN nümayəndəsi Parisin təkcə Yeni Kaledoniyada deyil, bir sıra Afrika ölkələrində də müstəmləkə siyasəti yeritdiyini və qul ticarəti ilə məşğul olduğunu xatırladıb.

Onun sözlərinə görə, fransız qul tacirləri Afrikanın yerli əhalisini amansızcasına istismar edərək, onların hesabına zənginləşib. Dörd əsr davam edən qul ticarəti müasir Afrikanın sosial-iqtisadi problemlərinin əsas səbəblərindən birinə çevrilib.

Zaxarova Fransanın Əlcəzair, Suriya, Livanda da eyni üsullardan istifadə etdiyini bildirib.(trend.az)

tag: Rusiya, Xarici İşlər Nazirliyi, Zaxarova, Kaledoniya, Afrika, Fransa, todaypress.az,