Zaxarova: “Fransa vasitəçilikdən başqa hər şey edir”

Dünya

06.08.2024 12:10

“Parisin Ukrayna münaqişəsi üzrə vasitəçilik planında Rusiyanın və ukraynalıların böyük bir qisminin maraqları nəzərə alınmır”.   

TodayPress “TASS”a istinadən  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya mətbuatına müsahibəsində Moskvada missiyasını başa vuran Fransa səfiri Pyer Levinin sözlərini şərh edərkən deyib: 

“Rusiyanın milli maraqları və mənafeyinin kütləvi şəkildə pozulması, eyni zamanda ukraynalıların bir hissəsinin Parisin vasitəçilik düsturunda sadəcə yeri yoxdur” Zaxarova qeyd edib. 

Diplomat vurğulayıb ki, Fransanın Ukrayna ətrafında yaranmış vəziyyətdəki rolu vasitəçidən başqa hər şey hesab edilə bilər. 

Günəş Mərd

tag: Fransa, Zaxarova, Rusiya, Paris, Ukrayna,todaypress.az,