Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
Dünya
23.11.2024 20:11
Fransa Rusiyaya hücum
icazəsi ilə Ukraynanı məhv edir.
TodayPress TASS-a istinadən xəbər verir ki, bunu
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun
Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı
açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır" diplomat
vurğulayıb.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel
Barro BBC-yə müsahibəsində bildirib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli
raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər. Nazir Fransa
qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.
tag: Fransa, Ukrayna, Rusiya, XIN, Hücum, todaypress.az,