Zaxarova: "Fon der Lyayenlə bağlı məhkəmə qərarı ədalətsizdir"

Dünya

14.05.2025 18:10

8

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa məhkəməsinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə bağlı COVID-19 vaksinlərinin satınalması işinə dair qərarını "Avro-Atlantik ədalətsizliyinin yeni səhifəsi" adlandırıb.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Zaxarova bildirib ki, Ursula fon der Lyayenin günah olsa da, ona qarşı nə cəza, nə də məsuliyyət tədbiri nəzərdə tutulmur. O, Avropa Komissiyasının 35 milyard avro məbləğində vaksin müqavilələrini şəffaf tender olmadan imzalamasını xatırladaraq əlavə edib ki, milyonlarla doza vaksin sonradan "lazımsız" adı ilə silinib.

Rusiya rəsmisi vurğulayıb ki, bu qərar fon der Lyayenə qarşı daha ciddi ittihamlarla yeni məhkəmə iddialarına zəmin yarada bilər.

O, ABŞ-də məşhur Cey Simpson işi ilə paralellər apararaq Avropa hüquq sistemində də seçici yanaşmanın mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa Ədalət Məhkəməsi Ursula fon der Lyayeni 2021–2023-cü illərdə "Pfizer" ilə bağlanmış vaksin müqavilələri üzrə məlumatları gizlətməkdə məsuliyyətə cəlb edib.

Məhkəmə qərarı hüquqi cəza tələbi irəli sürməsə də, Avropa Komissiyasının rəhbərinə qarşı yeni hüquqi addımların atılması ehtimalını gündəmə gətirib.

Töhfə Səməd

tag: Rusiya,XİN,Mariya Zaxarova,Avropa Komissiyası,Ursula fon der Lyayen,todaypress.az,