Zaxarova: “Ər-Riyadda danışıqlar tamamilə bağlı qapılar arxasında gedir”

Dünya

24.03.2025 17:31

1882

"Ər-Riyadda Rusiya  Federasiyası və ABŞ-nin ekspert qrupları arasında danışıqlar tamamilə bağlı qapılar arxasında gedir". 

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Danışıqlar həqiqətən bağlı qapılar arxasında baş verir, bu o deməkdir ki, danışıqların başlanmasına dair protokol yazısı belə olmayıb” Zaxarova bildirib.

Qeyd edək ki, danışıqlar masasında Rusiyanı Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda; ABŞ tərəfini Dövlət Departamentinin siyasət planlaşdırması üzrə direktoru Maykl Anton, həmçinin  Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals təmsil edib.

tag: Zaxarova,Ər-Riyad,Rusiya ,ABŞ,todaypress.az,