Zaxarova BMT baş katibini ikili standartlarda ittiham etdi

Dünya

05.11.2024 23:25

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin Rusiyadakı KXDR ordusu ilə bağlı narahatlığını ikili standartlar adlandırıb.

 

TodayPress xəbər verir ki, bu barədə departamentin saytında dərc olunub.

 

Zaxarova qeyd edib ki, BMT-nin Ukrayna böhranının başlanmasından 10 il sonra onun beynəlmiləlləşməsindən narahatlığı təəccüblüdür.

 

Diplomat Quterreşi və BMT rəhbərliyini işlərində obyektivlik və qərəzsizlik prinsiplərindən istifadə etməyə çağırıb. O, xüsusilə BMT Nizamnaməsinin 100-cü maddəsini diqqətdə saxlamağı xüsusi qeyd edib.

 

Aynur TAC

tag: Zaxarova, Rusiya, BMT, Ukrayna, Diplomat, todaypress.az,