Zaxarova: "Azərbaycana təzyiq göstərmək faydasızdır"
Dünya
09.10.2024 20:00
TodayPress
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi
Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
COP29
öncəsi Qərbin Azərbaycana təzyiqi barədə danışan Rusiya XİN sözçüsü qeyd edib
ki, iqlim dəyişikliyi qərbli siyasətçilər tərəfindən çox tez-tez siyasi rıçaq
kimi istifadə olunur.
“Bu,
ABŞ-nin klassik taktikasıdır. Hər il növbəti COP konfransı öncəsi Vaşinqton bu
tədbirin sədri olan dövlətə təzyiqi arıtırır. Biz bunu 2022-ci ildə Şarm-əl
Şeyxdə keçirilən COP öncəsi, ötən il Dubayda keçirilən tərəflərin konfransı
zamanı da görmüşdük. İndi də uydurulmuş bəhanə altında COP29-un sədr dövləti
Azərbaycana təzyiqin artırıldığını müşahidə edirik. Düşünürəm ki, Azərbaycana
təzyiq göstərmək faydasızdır. Azərbaycana müxtəlif məsələlərlə bağlı dəfələrlə
təzyiq göstəriblər. Məsələ ondadır ki, söhbət təkcə suveren dövlətə təzyiq
göstərməyin yolverilməzliyi barədə prinsipial mövqedən getmir, söhbət ondan
gedir ki, bu mövzu Birləşmiş Ştatların özlərinə sərfəli olan qərarların qəbul
edilməsi üçün hamının başına vuracağı növbəti siyasi dəyənəyi deyil, real
mütəxəssislərin cəlb olunmasını tələb edir”.
Onun
sözlərinə görə, bu cür saxta xəbərlər iqlim dəyişikliyi ilə bağlı məşhur mövzu
ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur.
“Reallıqda Birləşmiş Ştatlar və digər Qərb
ölkələri iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət məqsədinə
dair razılaşmanı, eləcə də karbon vahidləri üçün beynəlxalq bazarın yaradılması
üzrə konsensusun əldə edilməsini faktiki şəkildə sabotaj edirlər” deyə Zaxarova
yekunlaşdırıb.
tag: Mariya, Zaxarova, Azərbaycan, Rusiya, COP29, todaypress.az,