Zaxarova: “Avropalıların ən böyük bədbəxtliyi məhz budur”

Dünya

19.06.2024 10:45

Avropa ölkələri ABŞ-dən tam asılı vəziyyətdədir ki, bu da bu ölkələr üçün ən böyük problemdir.

TodayPress xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz “Telegram” kanalında səsləndirib.

“Bu gün “Amerikalı dostlar” siyahısı kifayət qədər böyükdür. Bu, öz vətəndaşlarını düşünməyən, okeanın o birir tayından onlara diktə edilmiş əmrləri yerinə yetirənlərin hamısınının düşdüyü vəziyyətdir. Avropalıların ən böyük bədbəxtliyi də məhz budur. Amma Rusiya və onun xalqı belə deyil” deyə Zaxarova bildirib.

tag: Zaxarova, ABŞ, Rusiya, Xarici İşlər Nazirliyi, Avropa, todaypress.az,