Zaxarova Almaniyanın Rusiyadakı səfirini tənqid etdi

Dünya

15.12.2024 14:45

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Almaniyanın Rusiyadakı səfiri ölkəsinin rəhbərliyindən Ukraynada atəşkəsə nail olmağa çalışmalıdır. 

TodayPress xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Zaxarova xatırladıb ki, Moskvada Milad konsertində Almaniya səfiri Aleksandır Lambsdorf Ukraynanı sülhə çağırıb. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Lambsdorf atəşkəslə bağlı Rusiyadan çox Almaniya hakimiyyəti ilə əlaqə saxlamalıdır.

Mariya Zaxarova Lambsdorfun sözlərini tənqid edərək qeyd edib ki, Almaniya Ukraynadakı münaqişədə fəal qüvvələrdən biridir. O, həmçinin xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenski Milad atəşi və hərbi əsirlərin mübadiləsindən imtina edib. “Böyük Britaniya və ABŞ-nin təzyiqi altında sülh danışıqları Ukrayna tərəfindən əngəlləndi” deyən Zaxarova, iki ildir ki, NATO və Avropa İttifaqından (Aİ) heç kimin buna qarşı çıxmadığını vurğulayıb.

Sonda Zaxarova bəyan edib ki, Ukraynadakı vəziyyətə görə məsuliyyət “silah tədarükü ilə qan tökülməsini davam etdirməyə təkan verən” kollektiv Qərbin üzərinə düşür.

Töhfə Səməd

tag: Rusiya ,XİN,Mariya Zaxarova,Moskva,Almaniya ,todaypress.az,