Zaxarova Aİ diplomatiyasının yeni rəhbəri ilə bağlı danışdı
“Estoniyanın keçmiş baş naziri Kaja Kallasın Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri postuna təyin edilməsi onu nümayiş etdirir ki, Qərb yüksək inzibati strukturlarda əsas vəzifələrə adam seçərkən ən yaxşısını yox, ən əlverişlisini seçir”.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Hər şey göz qabağındadır: onlar ən yaxşısını deyil, həssas və rahat idarə oluna biləni seçirlər" deyə Zaxarova məsələyə öz münasibətini bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kaja Kallasın Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib. Bu vəzifədə o, Cozef Borrelli əvəz edəcək.
Töhfə Səməd
tag: Mariya Zaxarova ,Avropa ,Kaja Kallas, Ursula fon der Lyayen ,Rusiya ,todaypress.az,