Zaxarova ABŞ-yə Baydenə qarşı sanksiyalar tətbiq etməyi təklif etdi
Dünya
20.12.2024 17:35
“ABŞ “Şimal axını” ilə əlaqədar prezident Cozef Baydenə və dövlət katibinin keçmiş müavini Viktoriya Nulanda qarşı sanksiyalar tətbiq etməlidir. Çünki onlar boru kəmərlərinin məhv edilməsini tələb ediblər”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
Zaxarova həmçinin qeyd edib ki, yanvarın 20-dən sonra yeni administrasiya öz mövqeyini bildirə bilər.
Töhfə Səməd
tag: Zaxarova,Bayden, Sanksiya, Boru kəməri, todaypress.az,