Zaxarova ABŞ seçki yarışını “Halloween”ə bənzətdi
“ABŞ-də seçki yarışı “Halloween” bayramına
çevrilib”.
TodayPress xəbər verir ki, bunu Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu hansı yarışdır? Bu bir növ “Halloween”dir,
bağışlayın. Çünki bunlar öz mövqelərini müdafiə edən namizədlər deyil. Bu, bir
növ dəlilikdir, absurddur, dəhşətli teatırdır” deyə o, bildirib.
Diplomatın sözlərinə görə, yarışda nə
seçki proqramları, nə adekvat debatlar, nə də təhqirdən uzaq fikir mübadiləsinə
yer yoxdur. O, Amerikada seçki kampaniyasının tərkib hissələri arasında təbliğat
və hər cür məlumatın manipulyasiyasının olduğunu qeyd edib.
Töhfə
Səməd
tag: Mariya Zaxarova,ABŞ,Seçki,Yarış,Halloween,todaypress.az,