Zaxarova ABŞ-nin hərəkətlərini terror aktı adlandırdı
Dünya
14.09.2024 15:30
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun rusiyalı jurnalistlərə qarşı sanksiyalarını informasiya terroru kimi qiymətləndirib.
TodayPress xəbər verir ki, o, bu barədə BRICS qrupunun Media Sammitinin açılışında danışıb.
Zaxarova vurğulayıb ki, Vaşinqton “RT” və “Sputnik” ilə bağlı dəhşətli, əsassız siyasi bəyanatları ilə yanaşı, müxbirlərə qarşı fiziki təcavüz də həyata keçirir: “Bizim susqunluğumuz qəbuledilməzdir. Bu gün rus jurnalistlərinin və media strukturlarının yaşadıqları sabah sizin hər birinizin başına gələ bilər”.
Xatırladaq ki, bundan əvvəl Antoni Blinken “RT” media qrupunun xarici ölkələrin suveren işlərinə qarışdığını, həmçinin gizli əməliyyatlarda iştirak etdiyini iddia etmişdi. Blinken bəyan etmişdi ki, Vaşinqton bu cür əməliyyatlarda iştirak etdiyi iddia edilən üç qurum və iki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Töhfə Səməd
tag: Zaxarova ,Sammit ,Antoni Blinken, Vaşinqton ,Rusiya, todaypress.az,