Zaporojye vilayətində 106 uşağın olduğu məktəb atəşə tutuldu

Dünya

23.09.2024 22:56

Ukrayna Zaporojye vilayətinin Kamenka-Dneprovskaya şəhərində məktəb binasının içərisində 106 uşağın olduğu məktəb stadionuna zərbə endirib.

TodayPress xəbər verir ki, bu barədə vilayət qubernatoru Yevgeni Balitski “Telegram” kanalında bildirib.

"Atışma zamanı məktəb binasının içərisində 148 nəfər, o cümlədən 106 uşaq olub. Hazırda uşaqlar məktəbi tərk ediblər. Təhlükəsizlik tədbirləri görülüb. Ölən yoxdur” deyə rəsmi nümayəndə qeyd edib.

O, əlavə edib ki, məktəb binası və stadion mühasirəyə alınıb, təcili yardım xidmətləri məktəb ətrafında dayanıblar.

Aynur TAC

tag: Ukrayna, Kİyev, Rusiya, Məktəb,Zaporojye,todaypress.az,