Yüzlərlə insan güclü qasırğa nəticəsində xəsarət aldı
Dünya
05.10.2024 09:46
Tayvanda ən azı 670 nəfər güclü Kraton qasırğası nəticəsində xəsarət alıb, bir nəfər itkin düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb.
Tayfun adaya oktyabrın 3-də gəlib. Hazırda təbii fəlakətlə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Bununla belə, tayfun səbəbindən adada 18 mindən çox evin su təchizatı, 270 min ev təsərrüfatının isə elektrik enerjisi kəsilib.
Təbii fəlakətdən zərər çəkmiş ərazidən 10 mindən çox insan müvəqqəti olaraq təxliyə edilib, onlardan 2117 nəfəri hələ də müvəqqəti məskunlaşma mərkəzlərindədir.
Günəş Mərd
tag: Tayvan, Kraton, Fəlakət, İnsanlar ,Qasırğa ,todaypress.az,