Yüzlərlə dron Finlandiyanın kritik infrastrukturuna yaxınlaşdı

Dünya

23.10.2024 18:30

1132

Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan bəri yüzlərlə PUA Finlandiyanın kritik infrastrukturuna təhlükəli şəkildə yaxınlaşıb. 

TodayPress xəbər verir ki, bu barədə “Yle” televiziyası məlumat yayıb.

Sözügedən dronların hər hansı bir dövlətə aid olduğuna dair heç bir aydın dəlil tapılmayıb. 

Hadisələr əsasında açılmış cinayət işlərinin sayı açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl Finlandiyada dron Helsinkidə televiziya qülləsinə  çırpılmışdı. Hadisədən sonra casusluq maddəsi ilə cinayət işi açılıb.

Günəş Mərd

tag: Rusiya, Ukrayna, PUA, Hücum, Finlandiya, todaypress.az,