Yupiterin buzlu peykinə missiya göndərildi

Dünya

15.10.2024 11:41

Amerikanın avtomatik planetlərarası stansiyası (AMS) “Europa Clipper” Yupiterin buzlu peyklərindən biri olan “Avropa”ya yola düşüb. 

TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.

AMS ilə “SpaceX Falcon Heavy” super ağır raketi oktyabrın 14-də Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən (ABŞ) buraxılıb. “Europa Clipper”in daşıyıcının ikinci mərhələsindən uğurla ayrılması işə salındıqdan təxminən bir saat sonra baş verib.

Nəşr xatırladır ki, ümumi dəyəri 5,2 milyard dollar olan “Europa Clipper” NASA-nın ən bahalı missiyalarından biridir. Onun məqsədi dərinliklərində maye su okeanının olduğuna inanılan “Avropa”nın həyatın varlığını dəstəkləyən uyğunluğunu müəyyən etməkdir. Stansiyanın 2030-cu ildə “Avropa”ya çatacağı bildirilib.

Töhfə Səməd

tag: Amerika ,AMS ,Europe Clipper ,Yupiter ,NASA ,todaypress.az,