Yunanıstanda taksi sürücüləri 24 saatlıq tətil elan etdilər
Dünya
11.07.2024 18:15
Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri Turizm Nazirliyinin irəli sürdüyü qanun layihəsinin rəqabət qabiliyyətini azaltdığı səbəbi ilə etiraz etmək üçün 24 saatlıq tətilə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Turizm Nazirliyi avtomobil kirayəsi şirkətlərində yoxlamaları məhdudlaşdıracaq yeni qanun layihəsi hazırlayıb.
Xatırladaq ki, bu il Yunanıstanda bir neçə dəfə fərqli səbəblərə görə taksi sürücüləri tətil elan ediblər.
Töhfə Səməd
tag: Yunanıstan, Afina, Turizm, Avtomobil, Kirayə, todaypress.az,