Yunanıstanda meşə yanğınları davam edir

Dünya

02.10.2024 09:23

Yunanıstanın cənubundakı Korintiya bölgəsi üçüncü gündür ki, meşə yanğını ilə mübarizə aparır.

TodayPress "Euronews"a istinadən xəbər verir ki, yanğın iki nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. 

Xorvatiya və İtaliya yanğının qarşısını almaq üçün bölgəyə təyyarələr göndərib, lakin bölgədə vəziyyət dəyişməz olaraq qalır. 

Qeyd edək ki, Yunanıstanda yayda meşə yanğınları tez-tez baş versə də, bu il həmişəkindən xeyli tez, apreldə başlayıb və payıza qədər uzanıb.

Günəş Mərd

tag: Yunanıstan, Korintiya ,Xorvatiya, İtaliya, Təyyarələr ,todaypress.az,