Yunanıstanda hava limanının əməkdaşı ilə mübahisə edən millət vəkili partiyasından xaric edildi
Dünya
04.07.2024 09:00
Yunanıstanın hakim “Yeni
Demokratiya” partiyasından olan millət vəkili Lefteris Avgenakis hava limanında
bir zabitlə mübahisə etdiyi üçün Yunanıstanın baş naziri və “Yeni Demokratiya”
partiyasının lideri Kiriakos Mitsotakisin qərarı ilə partiyasından xaric edilib.
TodayPress xəbər verir ki, Avgenakis
X (keçmiş tviter) hesabında etdiyi paylaşımında "Partiya sədri və baş
nazir Mitsotakisin məni partiyanın parlament qrupundan xaric etmə qərarına tam
hörmətlə yanaşıram. Hadisə ilə bağlı açıqlama verdim və ictimaiyyətdən üzr istədim"
ifadələrini işlədib.
Avgenakis müstəqil deputat
kimi parlamentdəki vəzifəsini davam etdirəcəyini açıqlayıb.
Sosial şəbəkələrdə yayılmış videoda Avgenakisin hava limanında bir işçi ilə mübahisə etdiyi və mübahisə etdiyi şəxsi itələdiyi ortaya çıxmışdı.
Nəzrin Cavadzadə
tag: Yunanıstan, Hava limanı, Millət vəkili, Kiriakos Mitsotakis, todaypress.az,