Yunanıstanda güclü zəlzələ baş verdi
Gecə saatlarında Yunanıstan sahillərində güclü zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 02:51-də Egey dənizində baş verib. Onun gücü 6,1 bal təşkil edib.
Zəlzələnin mərkəzi Karpatos adasından 38 kilometr cənubda, yerin 71 kilometr dərinliyində yerləşib.
Hadisə nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
Türkan İsgəndərli
tag: Yunanıstan,Zəlzələ,Egey,Avropa,todaypress.az,