Yunanıstanda açıq havada işləmək qadağan edildi
Dünya
17.07.2024 04:00
Yunanıstan hakimiyyət
orqanları bu həftə gündüz saatlarında bəzi müəssisələrin işçilərinin açıq
havada işləməsinə qadağa qoyub.
TodayPress xəbər verir ki, bu
barədə Yunanıstanın Əmək Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, inşaatçılar,
qida çatdırılması xidmətinin işçiləri, kuryerlər və gəmiqayırma zavodlarının əməkdaşları
çərşənbə axşamı-cümə günləri günorta saat 17:00-a qədər işlərini dayandırmalı
olacaqlar. Çünki Yunanıstanın bəzi yerlərində temperaturun 42-43 dərəcəyə qədər
yüksələcəyi gözlənilir.
ABŞ-dən Hindistana qədər
dünyanın bir neçə bölgəsi də bu yay elektrik enerjisinin kəsilməsinə və meşə
yanğınlarına səbəb olan həddindən artıq isti temperaturdan əziyyət çəkir.
Meteoroloqlar bu ayın sonuna qədər temperaturun düşməyəcəyini bildiriblər.
tag: todaypress.az, Yunanıstan, Əmək Nazirliyi, İsti hava, Temperatur,