Yunanıstan hava məkanını Rusiya təyyarələrinə bağladı

Dünya

21.07.2024 14:20

Yunanıstan hakimiyyəti fevralın 28-dən etibarən ölkənin hava məkanını Rusiyadan gələn təyyarələrə bağlayıb.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

“Mülki Aviasiya İdarəsi (CAA) Yunanıstanın milli hava məkanında Rusiya təyyarələrinin uçuşlarını qadağan edən aviasiya təlimatının (NOTAM) verilməsini elan edib”.

Qeyd edək ki, bu direktiv Avropa İttifaqının bütün hava məkanını Rusiyaya bağlamaq qərarı əsasında tətbiq edilib. Sənəd üç ay müddətində etibarlı olacağı açıqlanıb.

Təlimatda qeyd olunub ki, Rusiya aviaşirkətlərinə məxsus və ya Rusiyanın nəzarəti altında olan təyyarələrin, o cümlədən şəxsi təyyarələrin Yunanıstanın hava məkanına enməsi, qalxması, daxil olması və ya oradan keçməsi qadağandır. Direktiv humanitar maraq kəsb edən uçuşlara, tibbi və ya axtarış-xilasetmə uçuşlarına, eləcə də bütün təcili uçuşlara şamil edilmir.

Xatırladaq ki, fevralın 28-dən Avropa İttifaqı öz hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlayıb.

Töhfə Səməd

tag: Yunanıstan,Rusiya,Hava,Avia,Qadağa,Uçuş,todaypress.az,