Yunan adalarında turist ölümləri artır
Dünya
25.06.2024 09:16
Yay aylarının gəlməsi ilə Yunan adalarında itən və ya həyatını itirən turistlərin sayında ciddi artım meydana gəlib.
TodayPress xəbər verir ki, Kirit adasındakı Çania şəhərindəki Sougia ilə Agia Roumeli arasındakı dağlarda gəzintiyə çıxıb itən alman turist ötən gün səhər saatlarında axtarış-xilasetmə qrupları tərəfindən ölü tapılıb.
Bu ayın əvvəlində Yunanıstan adalarında, biri BBC-nin dünyaca məşhur teleaparıcısı Mixael Mosley olmaqla 6 nəfər itkin düşüb. Onların dördünün meyiti tapılaraq ailələrinə təhvil verilib.
5 gün bundan əvvəl Egey dənizinin ortasındakı Skinos adasına tətilə gələn 73 və 64 yaşlı iki fransız qadının gəzintiyə çıxdıqdan sonra otellərinə qayıtmadığı məlum olub. Onların hər ikisinin axtarışlarının davam etdirildiyi bildirilib.
GÜNEL
tag: Yunanıstan, BBC,Egey dənizi, Fransız qadın, todaypress.az,