Yuan devalvasiya edəcək
Dünya
09.01.2025 19:54
Çin iqtisadiyyatının tam miqyaslı restrukturizasiyaya ehtiyacı var.
TodayPress xəbər verir ki, bu qənaətə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunda (IMEMO) hazırlanmış “Rusiya və Dünya: 2025” adlı hesabatın müəllifləri gəliblər.
Alimlərin fikrincə, Çin deflyasiya zonasındadır. Ölkə zəif tələbat və həddindən artıq istehsal gücü ilə üzləşir. Deflyasiya spiralı ev təsərrüfatlarını xərclərini azaltmağa və ya qiymətlərin enişini gözləyərək alış-veriş etməkdən çəkinməyə sövq edir. İqtisadçılar, həmçinin korporativ gəlirlərin azalacağını və nəticədə maaşların daha da azalacağını proqnozlaşdırırlar.
Alimlər belə bir vəziyyətdə Çin valyutasının böyük ehtimalla tədricən devalvasiya edəcəyini proqnozlaşdırırlar. 2025-ci ildə dollar 7,3-7,6 yuan olacaq.
Hesabat müəllifləri hesab edirlər ki, Çin iqtisadiyyatı daşınmaz əmlak bazarındakı böhran, xarici investisiyaların azalması, investisiyaların ÜDM-də həddindən artıq yüksək payı, gənclər arasında işsizliyin artması, əhalinin qocalması və onun həcminin azalması kimi amillərlə sıxışdırılır. ABŞ və Avropa Birliyi ilə qeyri-münasib münasibətlərin də buna təsiri var.
Günəş Mərd
tag: Çin ,İqtisadiyyat,Rusiya ,Elm,Yuan,todaypress.az,