“YouTube” Rusiyada qismən fəaliyyətini dayandırdı
Bir sıra Rusiya vətəndaşı “YouTube”nin işləmədiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, tətbiqin əsas səhifəsi və ya axtarış bölməsi tamamilə işləmir.
İyulun 25-də Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bəyan edib ki, Rusiya hakimiyyəti “YouTube” video hostinqini ləngitmək qərarına gəlib. Buna səbəb isə şirkətin Rusiyaya qarşı sanksiyaları dəstəkləməsidir.
Töhfə Səməd
tag: Rusiya,Aleksandr Xinşteyn,Dövlət Duma, You Tube, Fəaliyyət, todaypress.az,