Yermak: “Yeni sanksiyalar Rusiya üçün ağır ola bilər”
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib ki, ABŞ tərəfindən tətbiq oluna biləcək yeni sanksiyalar paketi Rusiyaya ciddi zərbə vuracaq.
TodayPress xəbər verir ki, o, bu barədə “RBK-Ukrayna”ya açıqlama verib.
“Yeni sanksiyalar paketinin detalları mənə məlumdur. Bu, çox sərt paketdir və tətbiq ediləcəyi halda Avropa, Britaniya, Kanada və digər ölkələrin analoji tədbirləri ilə koordinasiya olunacaq. Nəticədə bu, Rusiya üçün həqiqətən çox ağrılı olacaq” deyə Yermak bildirib.
Qiymət Mahir
tag: Ukrayna,Andrey Yermak,ABŞ,Rusiya,Sanksiya,todaypress.az,