Yermak: “Ukrayna ədalətli və davamlı sülh istəyir”
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak Kiyevin əsas məqsədinin ədalətli və uzunmüddətli sülh olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “RBK-Ukrayna”ya açıqlamasında danışıb.
“Ukrayna hər şeydən öncə ədalətli və davamlı sülhə can atır. Bunu bütün səviyyələrdə açıq şəkildə bildiririk. Ona görə də daim vurğulayırıq: Ukrayna danışıqların istənilən formatına hazırdır. Rusiyaya sülh prosesini pozduğumuza dair bəhanə verməyəcəyik” deyə Yermak vurğulayıb.
O əlavə edib ki, Kiyev 30 günlük atəşkəsdə israrlıdır və əgər Rusiya həqiqətən danışıqlara hazırdırsa, Aİ və ABŞ-nin təkliflərini qəbul etməlidir.
“Bu gün top Moskvanın tərəfindədir. Əgər Kreml doğrudan da sülh istəyirsə, nə etməli olduğunu yaxşı bilir. Ukrayna sülh tərəfdarıdır, amma onun imitasiyasının yox” deyə Yermak bildirib.
Qiymət Mahir
tag: Ukrayna,Andrey Yermak,Kiyev,Sülh,Rusiya,todaypress.az,