Yerdə həyatın bitmə tarixi AÇIQLANDI
NASA və Yaponiyanın Toho Universitetinin alimləri Yer üzündə həyatın nə zaman sona çata biləcəyinə dair hesablamalar aparıblar.
TodayPress xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Tədqiqatçılar superkompüter və inteqrasiya olunmuş biogeokimyəvi-klimat modelindən istifadə edərək Yer atmosferindəki gələcək dəyişiklikləri proqnozlaşdırıblar. Modellərin nəticələrinə əsasən, gələcəkdə Yer kürəsində temperatur artacaq və Günəşin aktivliyi yüksələcək. Bu isə atmosferdə oksigen səviyyəsinin azalmasına və mövcud canlı formalarının yaşamaq qabiliyyətini itirməsinə gətirib çıxara bilər.
Alimlərin hesablamalarına görə, bu ssenari təxminən 1000002021-ci ( bir milyard iki min iyirmi bir) ilə qədər reallaşa bilər.
Mütəxəssislər bu nəticənin insanlığı Günəş sistemindən kənarda yaşamaq mümkün olan planetlərin axtarışına daha ciddi yanaşmağa vadar etməli olduğunu bildiriblər.
Qiymət Mahir
tag: Yer,Həyat,NASA ,Yaponiya,todaypress.az,