Yer məhv olacaq: Günəşdə istilik artır

Dünya

22.04.2025 13:27

5

Günəşin yaşlanması və istiliyinin artması nəticəsində Yer kürəsində güclü istixana effekti formalaşa bilər. 

TodayPress xəbər verir ki, bu barədə "Planetary Science" nəşri məlumat yayıb. 

Alimlərin fikrincə, bu proses uzunmüddətli perspektivdə Yer üzündə bütün canlı həyatın məhv olmasına səbəb ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, Yer yaranandan bəri Günəşin parlaqlığı təxminən 30 faiz artıb və bu artım prosesi hələ də davam edir.

Eyni hal kainatdakı digər ulduzlarla da müşahidə olunur. 

Alimlərin ehtimalına görə, Günəşin istiliyi artdıqca Yer kürəsində istixana effekti daha da güclənəcək.

Bu, əvvəlcə bitkilərin, ardınca isə heyvanların və insanların həyatını təhlükəyə atacaq.

Uzunmüddətli perspektivdə bu proses planetdə canlı aləmin tamamilə yoxa çıxmasına gətirib çıxaracaq.

Tədqiqatın nəticələrinə əsasən, bu ssenari təxminən bir milyard il sonra baş verə bilər. 

Töhfə Səməd

tag: Yer,Günəş,İstilik,Artım,Todaypress.az,