Yer kürəsində maqnit qasırğası sona çatdı

Dünya

13.09.2024 17:59

Yerin maqnitosferində bir sutka davam edən maqnit qasırğası tədricən sona çatır. 

TodayPress xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat yayıb.

Geomaqnit sahəsinin pozulma səviyyəsini əks etdirən indeks günorta saatlarında dörd vahiddən bir qədər yuxarı olub ki, bu da zəif pozulmuş geomaqnit sahəsinə uyğundur. 

"Çox güman ki, maqnit qasırğası bitmiş hesab edilə bilər" deyə o, əlavə edib.

Xatırladaq ki, sentyabrın 12-də Yer kürəsində maqnit qasırğası G3 (güclü) səviyyəsinə yüksəlib. İlk pozuntular isə səhər saatlarından qeydə alınmağa başlanıb, axşama qədər güclənib. 

Töhfə Səməd

tag: Qasırğa, Yer Kürəsi, Geomaqnit,Hava Mərkəzi, todaypress.az,